Sizin reklam burada
Sizin reklam burada
  • Paşinyanın etirafı: “Sülhməramlılarla bağlı təklifim qəbul edilmədi”

    Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün bildirib ki, çox faydalı və vacib görüş oldu. Çox vacib suallar qaldırıldı. Həmin görüşdən əvvəl Ermənistanda bəzi müzakirələr gedirdi ki, biz görüşə Ermənistan-Azərbaycan münasibətlərinin və bu sahədə mövcud olan Qarabağ probleminin həllinin ən optimal variantı ilə gedirikmi? Düşünürəm ki, Soçi görüşünün ən mühüm xüsusiyyətlərindən biri bu suala cavab idi.
    Rusiyalı tərəfdaşlar Qarabağın statusu məsələsini qeyri-müəyyən müddətə təxirə salmağın düzgün yanaşma olacağını bəyan ediblər. Bu, onunla əsaslandırılır ki, hazırda hər iki tərəfə də məqbul olacaq status tapmaq üçün obyektiv imkan yoxdur. Ermənistan hökumətinin yeritdiyi siyasət bu baxışa yüz faiz uyğundur.
    O, həmçinin üçtərəfli görüşdə Ermənistanın Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılmasını təklif etdiyi barədə məlumat verib.
    “Qeyri-müəyyən müddətə - 20, 15, 5 il üçün variantlar var. Təklif indiki mərhələdə qəbul edilmədi, amma qeyd etməliyəm ki, fikrimcə, məsələ gündəliyə çevrildi.
    Aydındır ki, sülhməramlıların mövcudluğu, təhlükəsizlik və hüquqlar üçün etibarlı mexanizmlər və təminatlar yaradılana qədər Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsində ən mühüm amildir”, - deyə Paşinyan vurğulayıb.“Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putinlə keçirdiyimiz üçtərəfli görüş regionda sülhün bərqərar edilməsi istiqamətində irəliləyiş olub”.
    Bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
    O bildirib ki, Ermənistanın Soçi görüşündən əvvəl və ondan sonrakı siyasəti dəyişməzdir.
    Hökumət başçısı söyləyib ki, Soçidə keçirilən üçtərəfli görüşdə yalnız Praqada əldə olunan razılaşmalar təsdiqlənib: “Biz razılıqları təsdiqləmişik, Rusiya və Azərbaycandan da etiraz olmayıb”.
    Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub.
    Liderlər müzakirələrin sonunda bəyanat imzalayıblar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ