Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın İrlandiyada akkreditə olunmuş səfiri Elin Süleymanov etimadnaməsini İrlandiya Prezidenti Maykl Higginsə təqdim edib. Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, həmin gün İspaniya Krallığının və Kot-d’İ

Oktyabrın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Macarıstanın Azərbaycandakı səfiri Tamaş Tormanla görüşüb.
Rektor səfiri universitetdə görməkdən məmnun olduğunu bildirib, Azərbaycan və Macarıstan arasında olan münasibətlərin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ADU-da fəaliyyət göstərən Macar Mərkəzi bir sıra önəmli tədbirlərin təşkil olunmasında yaxından iştirak edir. Bildirilib ki, mərkəz macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin resurslarla təmin olunması və müəllimlərin fəaliyyətinə müsbət təsir imkanlarına malikdir. Mərkəzin əsas prinsiplərindən olan Macarıstan və Azərbaycan arasında münasibətlərin inkişafına töhfə verməsi xüsusilə diqqəti çəkir.
Rektor qonağı universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsinə dəvət edib. ADU rektoru Kamal Abdulla bildirib ki, Macarıstan universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılması da əsas məqsədlərdən biri olmalıdır. Eyni zamanda Macarıstan universitetlərindən birində Azərbaycan dilinin tədrisi lazımlı və əhəmiyyətlidir.
Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torman göstərilən diqqətə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib. Rektorun təkliflərini müsbət qarşılayan səfir bu istiqamətdə lazım olan addımların atılacağını bildirib.
Qarşılıqlı əməkdaşlığın faydalarından danışan səfir gələcəkdə də yeni əməkdaşlıq istiqamətlərinin olacağına əminliyini vurğulayıb. Qeyd olunub ki, hər iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətləri var. Bu tərəfdaşlığın özünü elmi əməkdaşlıq səviyyəsində də göstərməsi önə çəkilib.
Görüşdə aparılan elmi işlərin və səfirlik vasitəsi ilə tələbə-müəllim mübadiləsinin yeni inkişaf perspektivləri də müzakirə olunub.
Daha sonra səfir müxtəlif ölkələrin ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə tanış olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ