Sizin reklam burada
Sizin reklam burada
  • Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyinə həsr olunan Mini-futbol turnirinin L qrupu üzrə açılış mərasimi keçirildi

    Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyinə həsr olunan Mini-futbol turnirinin L qrupu üzrə açılış mərasimi keçirildi Tədbiri YAP Saatlı rayon təşkilatının sədr Lütvəli Şıxəliyev açdı, Azərbaycanın Dövlət Himni səsləndi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Çıxışçılar, Saatlı rayon İcra hakimiyyətinin başçısı cənab Elmir Bağırov partiyanın yaranmasından, 30 ildə keçdiyi şərəfli yol haqqında ətraflı bəhs etdi. Rayon Ağsaqqalar şurasının sədri Sədafər Hüseynov və Şəhid atası Qabil Nağıyev çıxış edərək belə bir yarışın təşkil olunmasına görə partiyanın rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər və idmançıları təbrik edərək uğurlar arzuladılar.
    Saatlı rayon Olimpiya İdman Kompleksində baş tutan oyunların nəticələrinə görə Saatlı, Ağcabədi və Beyləqan rayonlarının komandaları qələbə qazanaraq növbəti mərhələyə yüksəldilər.

    Zahir Məmmədov

    Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyinə həsr olunan Mini-futbol turnirinin L qrupu üzrə açılış mərasimi keçirildiYeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyinə həsr olunan Mini-futbol turnirinin L qrupu üzrə açılış mərasimi keçirildiYeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyinə həsr olunan Mini-futbol turnirinin L qrupu üzrə açılış mərasimi keçirildiYeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyinə həsr olunan Mini-futbol turnirinin L qrupu üzrə açılış mərasimi keçirildiYeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyinə həsr olunan Mini-futbol turnirinin L qrupu üzrə açılış mərasimi keçirildi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ