Deputatlarımız Beynəlxalq Türk Dünyası Simpoziumunda
Siyasət
10-10-2022, 16:24
265
Milli Məclisin deputatları İsa Həbibbəyli, Nizami Cəfərov və Əziz Ələkbərov Beynəlxalq Türk Dünyası Simpoziumunda iştirak etmək üçün Türkiyənin Ərzincan şəhərində səfərdədirlər. Beynəlxalq simpozium Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırımın və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ərzincan Binəli Yıldırım Universitetinin evsahibliyi ilə gerçəkləşir. Deputatlarımız simpoziumun tədbirlərinə qatılacaq və müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər. Simpoziumun əsas məqsədi bir çox sahələrdə elmi tədqiqatlar üçün türk dünyasının ortaq platformasınıyaratmaqdır. Səfər oktyabrın 13-də başa çatacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi