Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş olub. Görüş Avropa Siyasi Birliyi liderlərinin sammitindən əvvəl baş tutub. Hər üç ölkənin liderləri ilk dəfə olaraq üçtərəfli formatda bir araya gəliblər.