Qəbul zamanı vitse-spiker Adil Əliyev sentyabrın 27-nin Anım Günü olduğunuqeyd edərək, şəhidlərimizin müqəddəs ruhunu yad edib, şəhid ailələrinə Allahdan bir daha səbr, qazilərimizə şəfa diləyib. O, igid əsgərlərimizinqəhrəmanlığı və şəhidlərimizinfədakarlığı nəticəsində tarixi torpaqlarımızın düşmən işğalından azad edildiyini, şanlı üçrəngli bayrağımızın vətən göylərində qürurladalğalandığınıbildirib.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı aidiyyəti orqanlara sorğular ünvanlanıb, bir qismi isə yerində həll olunub.
