Sizin reklam burada
Sizin reklam burada

"Qisas" hərbi əməliyyatı ermənilər üçün ciddi bir mesajdır

"Qisas" hərbi əməliyyatı ermənilər üçün ciddi bir mesajdırEhtiram Mehtiyev.
Milli Cəbhə Partiyası - MCP sədr müavini

Azərbaycan zonasında silahlı erməni birləşmələri 10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndinəuyğun olaraq çıxarılmalı idi. Amma biz əksini gördük. Silahlı erməni birləşmələri Azərbacanın təhlükəsizliyini təhdid edərək terror-təxribat hallarına yol verir, təmas xətti yaradıb, mühəndis istehkam işləri aparırlar. Azərbaycan ərazisində məhz Azərbaycana qarşı bu kimi təhdidlərin qarşısı mütləq anılmalı idi.
Erməni silahlı separatçıların əsgərimizi şəhid etməsi fonunda başlayan "Qisas" hərbi əməliyyatı ermənilər üçün ciddi bir mesajdır. Qarabağda terrorçu rejim qurub, "səfərbərlik" elan edən Arayik Artunyan və onun havadarları unutmamalıdır ki, hər an "dəmir yumruq" onların başı üzərində olacaq.
Bu gün Azərbaycanın anti-terror əməliyyatına qarşı heç bir dövlət və beynəlxalq təşkilat qarışa bilməz. Çünki, bu hərbi əməliyyat Azərbaycan ərazində keçirlir və Prezident İlham Əliyevin son xəbərdarlıqlarından nəticə götürmədilər.
Azərbaycanın məqsədi öz ərazisində qanunsuz erməni silahlılarını təmizləməkdir. Burada ölkəmiz heç kimə müharibə elan etməyib və heç bir mülki insanları hədəfə almayıb. Xankəndində olan separatçılar oradakı erməniləri əsir saxlayaraq öz ambisiyalarının qurbanına çevirib. Bu gün Azərbaycan ordusu məhz mülki erməniləri də terrorçu ermənilərin əsarətindən qurtaracaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ