Sizin reklam burada
Sizin reklam burada
  • "AGRİ SPACE" MMC Daşkənddə kecirilən "Türkdilli Dövlətlərin Birinci Agro Formu"nda iştirak edir

    "AGRİ SPACE" MMC Daşkənddə kecirilən "Türkdilli Dövlətlərin Birinci Agro Formu"nda iştirak edirBu gün-04 iyul 2022-ci il tarixində Özbəkistan Respublikasının paytaxt şəhəri Daşkənddə "Türkdilli Dövlətlərin Birinci Agro Formu" baş tutacaq. İşgüzar formda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstan dövlətlərinin Kənd Təsərrüfatı Nazirləri, müxtəlif şirkət nümayəndələri, iş adamları iştirak edir.
    Kənd Təsərrüfatı sektorunda yüksək xidmət bacarığı ilə öz sözünü demiş "AGRİ SPACE" Məhdud Məsuliyyətli Cəmiyyəti təşkil olunan bu Formda iştirak edir. Şirkəti direktor Ağayev Mirata Mirəziz oğlu təmsil edir.
    Rəhbərlik bu görüşdə beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı dəstəyin inkişafı məsələlərini müzakirə edəcəklər.

    Bəradər Səməndərli
    "Atributinfo.az"
    "AGRİ SPACE" MMC Daşkənddə kecirilən "Türkdilli Dövlətlərin Birinci Agro Formu"nda iştirak edir

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ