Sizin reklam burada
Sizin reklam burada
  • Elman Nəsirov: -"Azərbaycan dövləti dünyada çox etibarlı tərəfdaşdır"

    Elman Nəsirov: -"Azərbaycan dövləti dünyada çox etibarlı tərəfdaşdır" "Məhşur belə bir deyim var; təhlükənin olduğunu hiss etməməyin özü ən böyük təhlükədir. Məsələyə bu məntiqlə yanaşdıqda hesab edirəm ki, sayca 9-cu Qlobal Bakı Forumunun olduqca böyük əhəmiyyəti var. Etiraf edək ki, dünyamız bəlkə də heç bir zaman indiki qədər təhlükəli olmayıb. Beynəlxalq hüquq və normalar, prinsiplər faktiki olaraq işləmir. Beynəlxalq konvensiyalar işləmir, Beynəlxalq hüququn və təhlükəsizliyin keşiyində dayanmalı olan böyük dövlətlər, beynəlxalq təşkilatlar bir çox hallarda özləri qanunun, beynəlxalq hüquq və normaların pozulmasının birbaşa iştirakçısıdır. Belə olan vəziyyətdə bizi nə gözləyir, dünyanın yeni təhlükəsizlik arxitekturası necə olacaq və bizi hansı təhdidlər gözləyir? Bütün bu dediyim reallıqlar fonunda və sayca 9-cu qlobal Bakı formunun çox böyük əhəmiyyəti var."
    Bu fikirləri Milli Məclisin bu gün-iyunun 17-də keçirilən Milli Məclisin növbədənkənar iclasında millət vəkili Elman Nəsirov çıxış edərkən səsləndirdi.
    Bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin bu forumdakı çıxışı proqram xarakterli, geniş əhatəli bir çıxış idi və əslində ən mühüm təhlükəsizlik məsələlərini dilə gətirdi və bunların içərisində ərzaq təhlükəsizliyi məsələlərini ön plana çəkdi ki, hətta ərzaq təhlükəsizliyi probleminin, ərzaq böhranının vaxtında həll olunmaması çox dəhşətli bir miqrasiya probleminə gətirib çıxara bilər ki bunun hansı fəsadları törədəcəyini hesablamaq elə də çətin deyil. Eyni zamanda enerji təhlükəsizliyi məsələləri qabardıldı ki, Rusiya Ukrayna müharibəsi reallığı fonunda dünyada enerji təhlükəsizliyi məsələləri çox ciddi təhlükə mənbəyinə çevrilib və bir çox hallarda atılan addımlar proqnozlaşdılımayan addımlardı. Məsələn, Azərbaycan dövlətinin bəlli enerji təhlükəsizliyi siyasəti var və biz il ərzində nə qədər qaz satılmasını özümüz hesablayırıq, amma yeni reallığa fərdi yanaşmanı ortaya qoyur.
    Millət vəkili diqqətə çatdırdı ki, Azərbaycan keçən il 8,2 milyard kub.metr qaz Avropaya satıb. Bu il isə 9 milyarddan artıq satmaq planlaşdırır. Gələn ili 11 milyard kub.metr çox qaz satmaq bizim niyyətimiz var idi, amma yeni reallıqla isə vəziyyət dəyişib. İndi Azərbaycan-Avropa İttifaqı komissiyasının enerji reallığı prosesinə start verilib, daha çox qaz bizdən gözləyirlər və eyni zamanda cənab prezident başqa bir rellığı da dilə gətirdi ki, kimlər ki, qazın qiymətinin artırılmısına çox sevinir bu yanlış yanaşmadır. İstehsalçı ilə istehlakçı arasındakı qeyri-bərabərliyi labüd edir. Bizim üçün sabit enerji bazarı lazımdır və biz onun tərəfdarıyıq.
    Elman Nəsirov dedi ki, cənab prezidentin bütün bu söylədiyi fikirlərin qısa zaman ərzində bütün məqamlarına toxuna bilmirəm. Lakin dövlət başçısının çıxışı bir daha onu təsdiqliyir ki, bu gün Azərbaycan dövləti dünyada çox etibarlı tərəfdaşdır.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ