Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Ulu Öndərin bu qədər ana dilimizə dəyər verməsi, onun qorunması üçün bütün çətinliklərə baxmayaraq, mübarizə aparması Vətənmizə olan sonsuz sevgisindən irəli gəlirdi: “Bir sözlə, Azərbaycan dilinin qorunması və inkişafı üçün nə mümkün idisə onu da edirdi. Azərbaycanda dilçi alimlərə yüksək hörmət və qayğının göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Yəqin ki, 1995-ci ildə AzərbaycanKonstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı irəli sürülən müxtəlif təklifləri xatırlayırsınız. Təbii ki, böyük əksəriyyətana dilimizin Azərbaycan dili adlandırılmasını dəstəkləyirdi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsindədövlət dilinin Azərbaycan dili olmasıana dilimizin inkişafı və qorunmasını daha da möhkəmləndirdi”.
“Ulu Öndərin dilimizin qorunması və inkişafı istiqamətində gördüyü işləri digər sahələrdə olduğu kimi, sədaqətlə davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin göstərdiyi xüsusi diqqət sayəsində Azərbaycan dilinin geniş tətbiq edilməsi, sərbəst şəkildə inkişafı üçün hər cür şərait yaradılıb. Dilimizin bugünkü inkişaf səviyyəsi və zənginliyi imkan verir ki, mürəkkəb və dərin fikirləri, düşüncələri, hissləri, incə çalarları aydın tərzdə ifadə edək. Söz bazasının bol olması, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları dilimizin qədim tarixini, inkişafının bugünkü zirvəsini və kamilliyini bir daha təsdiqləyir.Hər birimizin də müqəddəs vətəndaşlıq borcudur ki, ən dəyərli milli sərvətimiz olan dilimizi göz bəbəyimiz kimi qoruyaq, daim qayğı ilə yanaşaq və gələcək nəsillərə ötürək”, - Milli Məclisin deputatı deyib.
