Gənclərin Töhfəsi İB-nin baş katibi, YAP-ın üzvü
2018-ci il prezident seçkilərindən 4 il keçir. Bu keçən 4 il, Azərbaycanımızın inkişafında xüsusi önəmə malikdir.
Azərbaycanımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar, xalqın inamını qazanmaq, gəncliyə göstərilən dəstək dünya ölkələrinə nümunə olacaq siyasətdir.
Gəncliyə diqqət və qayğı.
Azərbaycanımızın inkişafında gəncliyı hər zaman xüsusi diqqətlə yanaşılmışdır. Hələ gəncliyə göstərilən diqqət Azərbaycan müstəqilliyini ilk qazandığı illərdə Ümummilli lider Heydər Əliyevin rəhbərliyə başlamışdır, gənclər gününün təsis edilməsi, gənclərin qurultayı və s, hələ gəncliyimizə dövlət qayğısını müstəqilliyimizin ilk illərindən göstərmişdir. Bunun məntiqi ardıcıllığı və xüsusi forması Prezident İlham Əliyevin Azərbaycanın prezident seçildiyi gündən daha geniş vüsət almışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Gənclər siyasəti ölkənin prioritet siyasətinə çevrilmişdir. Gənc kadrların irəli çəkilməsi, gənclər günündə fəaliyyəti ilə seçilən gənclərin mükafatlandırılması, gənclərin dünyanın rentinqli universitetlərində təhsilə dövlət hesabına göndərilməsi, Gənclərin inkişaf siyasətinin, proqramlarının təsis edilməsi, gənclərin idmana, sağlam həyatına yönləndirilməsi məqsədi ilə idmanda uğur qazanan gənclərə dövlət mükafatları, hər zaman gəncliyə dövlət qayğısının göstəricisidir. Prezident İlham Əliyevin gəncliyə diqqət qayğısı, onun rəhbərliyi ilə formalaşan vətənpərvər gənclik xalqımıza böyük Zəfər qazandırdı! Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandanı ilə adını əbədi qalib gənclik olaraq tarixə saldı.
Dövlət siyasəti, milli maraqların hər zaman üstün tutulması!
Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının maraqlarını bütün siyasi fəaliyyətində ən üstün prioritet olaraq davam edir!
Azərbaycanın xarici dövlətlərlə əlaqələri, Beynəlxalq əməkdaşlıqda, Dünyamıza təhlükə yaradacaq epidemoloji vəziyyətlərdə, Qoşulmama hərəkatının rəhbəri olaraq daima sülh və bərabərlik uğrunda davamlı olaraq çalışmışdır.
44 günlük müharibə, Qarabağ zəfəri Azərbaycanın xalq iqtidar birliyini, Azərbaycanın gücünü bir daha dünyaya göstərdi. Bir çox beynəlxalq qurumların ermənipərəst mövqeyi, ATƏT in minsk qrupunun fəaliyyətsizliyi ilə davam etməyən danışıqlar, müharibəni qaçınılmaz etmişdi. Lakin müharibə qazanılması çətin olduğu qədər, zəfər qazanmış dövlət olaraq prioritet istiqamət zəfərin daha möhkəmlənməsi, düşmənin bütün revanşist cəhdlərini minimuma endirmək idi. Prezident İlham Əliyevin uzaq görən siyasi dehası ilə Ermənistanı rəsmi və qeyri rəsmi olaraq dəstəkləyənləri Azərbaycanın öz siyasətini, prinsiplərini diqtə edərək qəbul etdirdi. Eyni zaman Türkiyə ilə Şuşa bəyannaməsi, Rusiya ilə müttəfiqlik bəyannaməsi Azərbaycanın regionda təhlükəsizlik baxımından stabil ölkə olaraq dünyaya tanıtdı. iqtisadi sahədə böyük sıçrayış üçün ən uyğun addım idiki bu prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bacardı. Bu bir başa xalqımızın ölkəmizin gələcək təhlükəsizliyinin təmin olunması, bölgədə müharibə risqini minimuma endirmək idi.
Hal hazırda dünyada baş verən hadisələr fonunda Azərbaycanın sülhün bərqərar olması, Azərbaycanın Ermənistanı sülh prinsiplərini qəbul etməyə məcbur etməsi və investisiya üçün yaradılan şərait, müasir innovativ yanaşmalar sonuncu Brüssel görüşündə Avropa İttifaqının Azərbaycanın güvənilir tərəfdaş olaraq tanıtması ölkəmizin möhkəmlənən mövqeyinin göstərir.
Heç şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan xalqı əmin amanlıqlı yaşam tərzi təmin olunubdur. Dövlətimizin Vətəndaşlarımıza hər sahədə, sosial, iqtisadi rifahını hər zaman üstün tutmuşdur. Şəhid ailələri və Qazilərimizin həyat səviyyəsinin yüksəldilməsi dövlətin ən prioritet istiqamətinə çevrilmişdir.
Azərbaycan gəncliyinin, Azərbaycan xalqının işıqlı gələcəyinin təminatı İlham Əliyevdir!
