Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin aprelin 12-də keçiriləcək iclasının gündəliyi

    Milli Məclisin aprelin 12-də keçiriləcək iclasının gündəliyiLayihə

    Azərbaycan Respublikası Milli Məclisinin
    2022-ci il aprelin 12-də keçiriləcək
    iclasının gündəliyinə təklif olunan
    M Ə S Ə L Ə L Ə R

    1. Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
    2. Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
    3. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
    4. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
    5. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
    6.Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ