Sizin reklam burada
Sizin reklam burada
  • İtaliya senatorları Zəfər Günü münasibətilə azərbaycanlı həmkarlarına təbrik məktubu ünvanlayıblar

    İtaliya senatorları Zəfər Günü münasibətilə azərbaycanlı həmkarlarına təbrik məktubu ünvanlayıblarAzərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbənin birinci ildönümü münasibəti ilə İtaliya senatorlarıStefanoLuçidi və CanlukaFerraraZəfər Günü münasibətilə Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəriAzər Kərimliyə təbrik məktubları ünvanlayıblar.
    İtaliya Senatında Xarici işlər və mühacirət komissiyasının sədri, senator StefanoLuçidi başçılıq etdiyi İtaliya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun adından Azər Kərimliyə ünvanlandığı məktubda Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrinə müvafiq olan suverenliyinin və ərazi bütövlüyünün bərpasının birinci ildönümü münasibətiləazərbaycanlı həmkarlarını ürəkdən təbrik edib.
    Təbrikində StefanoLuçidi vurğulayıb ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi və ardınca 9-10 noyabr tarixlərində üçtərəfli bəyanatın imzalanması ilə Azərbaycan tarixində yeni mərhələ başlandı.
    Senator möhtəşəm Zəfər Günü münasibəti ilə ən xoş və səmimi salamlarını yetirib, ölkəmizə sülh, sabitlik və firavanlıq arzulayıb.

    ***
    İtaliya Senatında hakim “5 Ulduz Hərəkatı” Partiyasının vitse-prezidenti, senator CanlukaFerrara həmkarıAzər Kərimliyə göndərdiyi məktubda Azərbaycan Respublikasınınərazi bütövlüyünün bərpası münasibətilə səmimi təbriklərini çatdırıb. BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrləölkəmizin ərazi bütövlüyünün dəstəkləndiyiniqeyd edib.
    Senator CanlukaFerrara vurğulayıb ki, ona işğaldan azad edilmiş ərazilərə səfər etmək və bu torpaqların azadlığı uğrunda mübarizə aparmış insanların xatirəsinə ehtiramını bildirmək kimi unikal fürsət nəsib olub.
    Təbrik məktubunda bölgədəki əhəmiyyətli irəliləyişi alqışlayan italyan senator ümidvar olduğunu bildirib ki, müharibə və münaqişə keçmişdə qalıb, nəhayət, uzunmüddətli sülhə nail olunub. Azərbaycanın lider olduğu, fundamentalrol oynadığıregionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın və rifahın təmin edilməsi üçün barışıq son dərəcə mühüm əhəmiyyətə malikdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ