Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Razi Nurullayev: - Şəffaflığı anladıq, amma anlamadığım bu pensiyası kəsilən insanların sonrakı dolanşığıdır

    Deputat Razi Nurullayev: - Şəffaflığı anladıq, amma anlamadığım bu pensiyası kəsilən insanların sonrakı dolanşığıdır Ən azı 17 min insanın pensiyası dayandırılıb və bu artan xətt üzrə gedərək sosial narazılığı daha da gücləndirəcək. 17 min insan ailə üzvləri ilə birlikdə 50-60 min insan deməkdir. Saxta yollarla pensiya almaları onların günahı deyil. Tələb təklif doğurur. Şəffaflığı anladıq, amma anlamadığım bu pensiyası kəsilən insanların sonrakı dolanşığıdır. Necə yaşayacaqlar? Lori el dilində deyə biılmərik ki “canın çıxardı, gözün də ovcuna düşərdi” rüşvətlə pensiya düzəltməzdin.
    Adam öldürən cinayətkarı belə çölə atmırıq axı. Isti yorğan-döşək, gündə 3 dəfə isti yemək və digər xidmətlər. Yaxşı biz insanların ucdantutma pensiyasını dayandırırıq və əvəzində nə təklif edirik? Bu adam 5-10 il belə yaşayıb və düzənini qurub. Gəliri kəsilən kimi dönüb olur lüt. Buna sevinəkmi? Sevinək ki, yüz minə yaxın insan özünə yeni qazanc yeri tapana kimi lüt qalacaq?
    Kəsib atmaq asandır, tikmək çətindir, vurmaq asandır, sığal çəkmək istək istər, tutub almaq asandır, əlini cibinə salıb kiməsə nəsə vermək ürək istər.
    Onun üçün də pensiyası kəsilənlərin hər birinə alternativ qazanc yeri olan iş təklif etmək vacibdir. Vacib deyil, zərurətdir. Özümüzü onların yerinə qoyaq, heç bir dəqiqə onların yerində olmaq istəmərik.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ