Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyannaməyə əsasən Xocalı soyqırımının 29-cu ilində soyqırım qurbanlarının xatirəsi yad ediləcək.
Belə bir bəyannamənin qəbul edilməsi Florida Azərbaycan İcmasının və
Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyasının mühüm səyləri nəticəsində mümkün olub.
Bu il Amerika Birləşmiş Ştatlarında Xocalı soyqırımını tanıyan ştatların sayının daha da artması Azərbaycan diasporunun uğuru sayılır.
