Mərkəzin sədri Fərid Şəfiyev Vişeqrad Qrupunun beynəlxalq münasibətlərdə vacib rol oynadığını bildirib.
Çex Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi David Koneçki bildirib ki, Vişeqrad Qrupu əsasən qonşuluqda olan dövlətlərlə və Qərbi Balkan ölkələri ilə münasibətlərə diqqət yetirir. O deyib ki, təşkilat maraq doğuran məsələlərin intensiv müzakirəsində və dialoqda önəmli rol oynayır.
Regiona səfər barədə danışan çexiyalı rəsmi bildirib ki, nümayəndə heyəti Cənubi Qafqaz ölkələrində bir sıra görüşlər keçiriblər. “Biz Cənubi Qafqaz ölkələrinin prioritetləri, regional problemlər və bu ölkələrin həmin problemlərin öhdəsindən necə gəlməsi barədə müzakirələr apardıq. Həmçinin bildiyiniz kimi, bu il Şərq Tərəfdaşlığının 10 illiyi qeyd olundu. Digər məqsədimiz isə bu səfərdən sonra Şərq Tərəfdaşlığı ölkələri ilə bağlı hesabat hazırlamaqdır.
Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Kiril Kozaçevski qeyd edib ki, Cənubi Qafqaz, o cümlədən Azərbaycan Avropa İttifaqı üçün strateji olaraq böyük önəm daşıyır. O, Polşanın 10 il əvvəl Şərq Tərəfdaşlığının əsas təşəbbüskarlarından biri olduğunu xatırladıb. Polşa XİN nümayəndəsi Azərbaycanın suveren, müstəqil siyasətinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Macarıstan və Slovakiya Xarici İşlər nazirliklərinin rəsmiləri İstvan Balox və Matus Busovski
Cənubi Qafqaz ölkələrinin Şərq Tərəfdaşlığında iştirak səviyyələri, regionun Avropa İttifaqı üçün önəmi barədə fikirlərini bildiriblər.
Tədbir müzakirələrlə başa çatıb.
