Bu sözləri müsahibəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev söyləyib.
İqtisadiyyatın inkişafının texnologiyasız, innovasiyasız, bir sözlə, elmsiz mümkün olmadığını qeyd edən Baş katib bildirib ki, bu sahələr üzrə razılaşdırılan gələcək tədbirlər həm də xalqlarımızın dünyada baş verən mənfi proseslərdən qorunması baxımından vacibdir.
Kubanıçbek Ömüralıyev ölkələrimizin bu istiqamətdə fəaliyyət planının mərhələli şəkildə həyata keçiriləcəyini vurğulayıb.
