Bu barədə Səudiyyə Ərəbistanının "Al Ekhbariya" dövlət telekanalı bildirib.
Məlumata əsasən, Səudiyyə Ərəbistanı Ticarət Palataları Federasiyası Kanada tərəfi ilə birgə biznes şurasının yaradılması haqqında saziş imzalayıb. Federasiyanın prezidenti Həsən əl-Huveyzinin sözlərinə görə, saziş “iki ölkə arasında ticarət və investisiya əlaqələrini dəstəkləmək məqsədi daşıyır”.
Federasiyadan verilən məlumata əsasən, Səudiyyə Ərəbistanı 2021-ci ildə Körfəz regionunda Kanadanın ən böyük ixrac bazarına çevrilib. Kanadadan Səudiyyə Ərəbistanına ümumi ixrac 1,65 milyard dollar təşkil edib.
