Görüşdə bp-nin ölkəmizdəki səmərəli fəaliyyətindən, SOCAR ilə bp arasında uzunmüddətli uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində 1994-cü il 20 sentyabr tarixində imzalanan “Əsrin Müqaviləsi”nin Azərbaycanın yeni enerji strategiyasının əsasını qoyduğu, ölkəmiz ilə yanaşı, regionun iqtisadi inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Tərəflər enerji layihələri üzrə mövcud əməkdaşlıq imkanlarını nəzərdən keçirib, insan kapitalı sahəsində təcrübə mübadilələrinin həyata keçirilməsinə və qaşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
/atributinfo.az/
