Sizin reklam burada
Sizin reklam burada
  • Mikayıl Cabbarov Çin rəsmisi ilə enerji məsələlərini müzakirə edib

    Atributinfo.az xəbər verir ki, Azərbaycanın Çində işgüzar səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov "China Energy International Group Co., Ltd." şirkətinin sədri Lü Dzesianq ilə görüşüb.
    Bu barədə iqtisadiyyat naziri "X" (tvitter) sosial şəbəkə hesabında məlumat verib.
    ""China Energy International Group Co., Ltd." şirkətinin sədri Lü Dzesianq ilə Azərbaycanda energetika sahəsində reallaşdırılan təşəbbüslər və şirkətlə əməkdaşlıq imkanları, ölkəmizin yaşıl enerji potensialı və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr barədə müzakirələr apardıq", - nazir paylaşımında əlavə edib.
    Qeyd edək ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 1-4-də Çin Xalq Respublikasında səfərdə olacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ