Həftənin ilk “Açıq mikrofon” aksiyası Xaçmazda keçirildi
İqtisadiyyat
1-08-2023, 12:20
209
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Səyyar qəbul otağı” Xaçmaz rayonunun Qımılqışlaq kəndində təşkil olunub. Atributinfo.az xəbər verir ki, aksiyaya qatılan sakinlərdən 6 nəfəri mikrofon önünə çıxaraq müraciətlərini ünvanlayıblar. Qımılqışlaq camaatı əsasən fərdi yaşayış evinin qazlaşdırılmasını, küçə qaz xəttinin çəkilməsini xahiş ediblər. Bir müraciət isə qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub. Xaçmaz RQİİ-nin məsul şəxsləri görüşdə səsləndirilən hər bir problem və təklifin araşdırılaraq həllinə nail olunacağını bildiriblər.