“Ekvita Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin partnyoru Fərid Baxşıyev sözügedən mövzu ilə bağlı şirkətin “Azərişıq” ASC ilə əməkdaşlıq əlaqələrindən danışıb və şirkətin layihə meneceri Məmməd Əskərov “Ekvita Consulting” MMC-nin “Azərişıq” ASC üçün elektrik təchizatı şəbəkəsinin xidmətlərinə kommersiya məqsədi ilə qoşulmalar üzrə tələb olunan prosedurların araşdırılmasına dair hesabatın təqdimatın keçirmişdir. Həmçinin Məmməd Əskərov “Ekvita Consulting” MMC şirkəti “Azərişıq” ASC-də Layihə Ofisinin Yaradılması və Baş Nazirin birinci müavini tərəfindən təsdiq edilmiş Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal Xidmətlərə Qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulan bir sıra tədbirlərin səmərəli və vaxtı vaxtında icrası haqqında hesabat vermişdi.
Təqdimatın sonunda iclas iştirakçıları “Ekvita Consulting” MMC tərəfindən görülmüş işləri yüksək qiymətləndirərək öz minnətdarlığını bildirmişdilər.
“Azərişıq” ASC və “Ekvita Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması məqsədi ilə müqavilə bağlamışdırlar. Müqaviləyə əsasən “Ekvita Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərişıq” ASC üçün elektrik təchizatı şəbəkəsinin xidmətlərinə kommersiya məqsədi ilə qoşulmalar üzrə tələb olunan prosedurların araşdırılmasına başlamışdır. Layihə çərçivəsində “Ekvita Consulting” MMC şirkəti test qoşulmaların aparılması, qoşulma prosesində ortaya çıxan problemlərin protokollaşdırılması, sorğunun tərtib olunması və 500-ə yaxın respondentin arasında aparılmasını həyata keçirmişdir.
Əlavə olaraq, uzunmüddətli əməkdaşlıq çərçivəsində “Ekvita Consulting” MMC şirkəti “Azərişıq” ASC-də Layihə Ofisinin Yaradılması və Baş Nazirin birinci müavini tərəfindən təsdiq edilmiş Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal Xidmətlərə Qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulan bir sıra tədbirlərin səmərəli və vaxtlı-vaxtında icrasına dəstək göstərir və layihə əlaqələndirmə fəaliyyətinin aparılmasını həyata keçirir.
Hüseynbala Həsən
/atributinfo.az/
