Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə deyib.
Onun sözlərinə görə, bundan sonra ikinci mərhələyə keçid planlaşdırılır.
"Bu layihə Avropa İttifaqı, böyük maliyyə institutları tərəfindən tam dəstəklənir və biz onun son 30 ildə həyata keçiriləcək ən əsas tarixi layihələrdən biri olacağını gözləyirik", - deyə Qaribaşvili bildirib.
O hazırda layihənin öyrənilmə mərhələsində olduğunu və işlərin aktiv rejimdə görüldüyünü qeyd edib.
"Sentyabrda artıq tədqiqatın nəticələrinin olacağını gözləyirik və bundan sonra ikinci mərhələyə keçid edəcəyik", - Qaribaşvili deyib.
Qeyd edək ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Qara Dəniz Enerji sualtı elektrik kabelinin tikintisi gözlənilir. Kabel Azərbaycanda hasil edilən "yaşıl" elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Macarıstana və Avropanın qalan hissəsinə çatdırmaq üçün Rumıniyaya tədarük edəcək.
/atributinfo.az/
