Bu fikirləri “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə acıqlayıb.
O, əlavə edib ki, gələcəkdə su tariflərinin artırılması ilə bağlı Tarif Şurası qərar verə bilər: “Lakin biz də bununla bağlı belə bir proqram hazırlayırıq ki, su qiymətlərinə yenidən baxılsın”.
E. Məmmədov qeyd edib ki, su təchizatı ilə bağlı hələ ki, hər hansı problem yoxdur: “Kürün quruması yox, suyunun azalması müşahidə olunur. Bu da qlobal iqlim dəyişmələri ilə bağlıdır.
Suyun qiymətinə gəlincə isə, bu qərarı hökumət verir. Azərbaycanda suyun tarifi digər ölkələrlə müqayisədə çox aşağıdır"-o, deyib.
Zahir Məmmədov
"Atributinfo.az"
