Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan nefti iki dollardan çox bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 1-də 97,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel çoxdur.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 95,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,15 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,57 dollar/barel çodur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 94,93 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,08 dollar/barel çoxdur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ