Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədr müavini Adil Əliyev: “Zəngəzurun enerji dəhlizi kimi inkişafı Azərbaycanın elektrik ixracında yeni mərhələ olacaq”

    Milli Məclisin sədr müavini Adil Əliyev: “Zəngəzurun enerji dəhlizi kimi inkişafı Azərbaycanın elektrik ixracında yeni mərhələ olacaq” Fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdir ki, Avropa İttifaqının Mərkəzi Avropa ilə Qafqaz regionunu Qara dənizin dibindən keçməklə birləşdirən elektrik xətləri çəkmək niyyəti var.O, Azərbaycanın həmin layihədə enerji təchizatçısı kimi iştırakı üçün böyük potensialının olduğunu qeyd etmişdir. Son dövrlər Azərbaycanda elektrik enerjisi istehsalının artırılması və müvafiq mənbələrin şaxələndirilməsi istiqamətində həyata keçirilən layihələr həmin potensialın reallaşdırılmasının müjdəçisi hesab oluna bilərlər. Prezident İlham Əliyevin fevralın 11-də açılışını etdiyi “Qobu” Enerji Qovşağı buna yaxşı nümunədir.
    “Qobu” yarımstansiyasından və “Qobu” elektrik stansiyasından ibarət olan “Qobu” Enerji Qovşağının layihələndirilməsi ilə ölkəmizin energetika tarixində ilk dəfə olaraq istilik elektrik stansiyası xarici deyil, yerli institut, yəni “Azərenerji” ASC-nin Layihə-Axtarış Energetika İnstitutu tərəfindən layihələndirilmişdir. Enerji qovşağının inşasını da Azərbaycan şirkəti icra edib. “Qobu” Enerji Qovşağının ölkənin enerji sisteminə inteqrasiyası üçün Şirvanda yerləşən “Cənub” Elektrik Stansiyasına 108 kilometr uzunluqda ötürücü xətt və “Yaşma” yarımstansiyasına 47 kilometr məsafədə 330 kilovoltluq elektrik verilişi xətti çəkilib. Əlavə olaraq, 220 kilovoltluq 5-ci “Abşeron”, 5-ci “Cənub” və 110 kilovoltluq 3-cü, 4-cü “Puta” hava xətlərinin giriş-çıxış sxemi ilə yarımstansiyaya qoşulması işləri başa çatdırılıb. Bütün bu xətlər ölkədə enerji təchizatının etibarlı və fasiləsiz təminatı üçün önəmlidir.
    Azərbaycan artıq Rusiya, Türkiyə, İran və Gürcüstana elektrik enerjisi ixrac edir. Qara dənizin dibi ilə Mərkəzi Avropa ölkələrinə elektrik enerjisi ixracı perspektiv istiqamətdir. “Qobu” Enerji Qovşağının açılışı çərçivəsində AZƏRTAC-a müsahibəsində Prezident İlham Əliyev daha bir perspektiv istiqamətin - Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkiləcəyinin anonsunu verdi. Başqa sözlə, Zəngəzur dəhlizi təkcə dəmiryolu, avtomobil yolu və hava yolundan ibarət nəqliyyat dəhlizi olmayacaq, həmçinin o, enerji dəhlizi olaraq Naxçıvan Muxtar Respublikasının elektriklə təchizatında mühüm rol oynayacaq, İran və Türkiyəyə, daha sonra isə Avropaya elektrik enerjisi ixracı üçün əlavə marşrut kimi çıxış edəcək. Zəngəzurun enerji dəhlizi kimi inkişafı barədə plan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış zəfərin nəticəsində yaranmış yeni reallığın təcəssümüdür. Bu planın həyata keçirilməsi isə yeni reallığın və qələbəmizin nəticələrinin möhkəmlənməsinə töhfə verəcək.
    Müxtəlif elektrik enerjisi ixracı xətlərinin yaradılması ölkəmizdə elektrik istehsalının arıtırılmasını stimullaşdıracaq və nəticə etibarı ilə əlavə xarici valyutanın gəlməsinə səbəb olacaq. Hazırda Azərbaycanda və dünyada elektrik enerjisinə tələbat günü-gündən artır. Elektrik enerjisinə tələbat həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrdə böyükdür. Xüsusən Avropada ekoloji baxımdan təmiz və bərpa olunan mənbələrdən istehsal olunan elektrik enerjisi aktualdır. Bu kontekstdə Azərbaycanəlverişli mövqeyə və üstünlüklərə malikdir. Azərbaycanda elektrik enerjisi istehsalında mazut və kömürdən, ümumiyyətlə istifadə olunmur. Mazut və kömür kimi yanacaq növlərindən istifadə karbon dioksid kimi zərərli tullantıların böyük miqdarda ətraf mühitə və atmosferə buraxılmasına səbəb olur ki, bu da qlobal istiləşmə və iqlim dəyişikliyini sürətləndirir. Azərbaycanda isə elektrik enerjisi təbii qazdan və külək, su, günəş kimi bərpaolunan mənbələrdən alınır. Müqayisə üçün qeyd edim ki, Qazaxıstanda elektrik enerjisi istehsalında kömürün payı 49%-dir. Kömür və mazutdan imtina və təmiz mənbələrdən istifadə xüsusən Avropa istehlakçılarının diqqətini Azərbaycana çəkir.
    Müxtəlif enerji ixrac xətlərinin qurulması bərpa olunan enerji layihələrinin həyata keçirilməsi baxımından da Azərbaycan üçün önəmlidir. Dünyada bu sahənin tam inkişafını əngəlləyən əsas maneələrdən biri bərpa olunan mənbələrdən alınan enerjinin saxlanması problemidir. Alternativ enerji ixrac xətlərinin mövcudluğu Azərbaycana bərpa olunan mənbələrdən alınan elektrik enerjisini dərhal həmin xətlər vasitəsilə istehlakçılara çatdırmağa imkan verəcək. Bu isə bərpa olunan mənbələrdən alınan elektrik enerjisini necə və harada saxlamaq kimi problemlərdən doğançətinlikləri minimuma endırməyə imkan verəcək. Bu mənada,Zəngəzurun həm də elektrik enerjisi dəhlizi kimi inkişafı və Qara dənizin dibi iləAvropavə regionumuzu birləşdirən elektrik xətlərinin yaradılması Azərbaycanda bərpa olunan enerji sahəsinin tərəqqisinə təkan verəcək.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ