“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Qədirovanın verdiyi məlumata görə, QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensialın mövcud olduğunu bildirib.
Görüşdə Azərbaycan və Qazaxıstan dəmir yolları arasında yük daşınması həcminin artırılması məsələləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub.
“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayev çıxış edərək Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivləri haqqında danışıb.
