Sizin reklam burada
Sizin reklam burada
  • Premyer Liqa: “Sabah” “Turan Tovuz”la, “Qarabağ” “Sumqayıt”la qarşılaşacaq

    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha 2 oyunu keçiriləcək.

    Günün ilk matçı “Bank Respublika Arena”da “Turan Tovuz” və “Sabah” komandaları arasında olacaq. Saat 17:00-da start götürəcək görüşü Rauf Cabarov idarə edəcək.

    Ölkə çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” 75 xalla turnir cədvəlinə başçılıq edir. 59 xalı olan “Turan Tovuz” isə 3-cü pillədə qərarlaşıb.

    Günün son oyununda “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq. Görüşün baş hakimi Elvin Bayramov olacaq.

    Turnir cədvəlində “Qarabağ” 66 xalla 2-ci, “Sumqayıt” 41 xalla 7-cidir.

    Qeyd edək ki, XXXIII turun açılış oyununda “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edib. Tura mayın 24-də yekun vurulacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ