Sizin reklam burada
Sizin reklam burada
  • Mahir Emreli Almaniya Kubokunda qol vurub

    Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Nürnberq" komandasının heyətində üçüncü qolunu vurub.
    27 yaşlı forvard Almaniya Kuboku çərçivəsində "Hoffenhaym"la keçirilən görüşün 47-ci dəqiqəsində komandasının yeganə topuna imza atıb.
    Matç "Nürnberq"in 1:2 hesablı məğlubiyyəti ilə bitib.
    M.Emreli daha əvvəl II Bundesliqanın IX turunda "Qroyter"ə və X turunda isə "Reqensburq"a qarşı oyunlarda da fərqlənmişdi.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ