Sizin reklam burada
Sizin reklam burada
  • Anxel Di Mariya Argentina millisindəki karyerasını başa vurub

    Argentina millisinin futbolçusu Anxel Di Mariya yığmadakı karyerasını bitirib.
    Amerika Kubokunun Kolumbiya ilə final oyunundan öncə Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia və komandanın kapitanı Lionel Messi 11 nömrəli formanı xatirə hədiyyəsi olaraq 37 yaşlı yarımmüdafiəçiyə təqdim ediblər.
    Di Mariya 2008-ci ildən çıxış etdiyi Argentina yığmasının heyətində 145 matçda 31 qolla yadda qalıb.
    Qeyd edək ki, Argentina millisi Amerika Kubokunun finalında Kolumbiyanı 1:0 hesabı ilə məğlub edərək tarixində 16-cı dəfə turnirin qalibi olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ