Sizin reklam burada
Sizin reklam burada
  • Vinisius Junioru təhqir edən azarkeşlər HƏBS EDİLDİ

    La Liqa təmsilçilərindən "Valensiya"nın 3 azarkeşi "Real Madrid"də çıxış edən Vinisius Juniorun ünvanına irqçi ifadələr işlətdiklərinə görə həbs edilib.
    İspaniya futbolunda ilk dəfə olaraq irqçilik zəminində həbs cəzası tətbiq edilib.
    Məhkəmə braziliyalı futbolçunu irqinə görə təhqir etdiyi üçün mühakimə olunan 3 azarkeşin hər birinə 8 ay həbs cəzası, 2 il stadiona giriş qadağası və məhkəmə xərclərinin ödənilməsinə qərar verib.
    Məhkəmə iclasında təqsirləndirilən tərəfdarlar irqçiliyə görə La Liqa rəhbərliyindən və "Real"dan üzr istəyiblər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ