Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Kubokunda finalçılar məlum olacaq

    Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olacaq.
    Yarımfinalın cavab matçlarından biri Qəbələdə, digəri Bakıda baş tutacaq.
    İlk olaraq "Qəbələ" və "Zirə" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 17:00-da başlayacaq. Bakıdakı ilk görüşdə qəsəbə təmsilçisi qələbə qazanıb - 2:1.
    Nəhayət, ikinci finalçının adına Azərbaycan derbisində aydınlıq gələcək. "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da start götürəcək. İlk dueldə Ağdam klubu rəqibini 4 cavabsız qolla üstələyib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ