Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün son iki yarımfinalçı bəlli olacaq - Azərbaycan Kuboku

    Bu gün son iki yarımfinalçı bəlli olacaq - Azərbaycan Kuboku Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
    Son gündə 2 cavab oyunu keçiriləcək.
    Əvvəlcə "Qəbələ" ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi "Araz-Naxçıvan"la qarşılaşacaq.
    "Neftçi" isə ilk oyunda 3:2 hesabı ilə qalib gəldiyi "Sumqayıt"ı qəbul edəcək.
    Xatırladaq ki, ötən gün keçirilən cavab oyunlarından sonra "Qarabağ" və "Zirə" yarımfinala adlayıb. Yarımfinalda "Qarabağ" "Neftçi" - "Sumqayıt" cütünün qalibi ilə, "Zirə" isə "Qəbələ" - "Araz-Naxçıvan" cütünün qalibi ilə üz-üzə gələcək.
    9 fevral
    16:00. "Qəbələ" - "Araz-Naxçıvan"
    Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
    İlk oyun - 1:1
    19:00. "Neftçi" - "Sumqayıt"
    Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı
    İlk oyun - 3:2
    8 fevral
    "Zirə" - "Səbail" - 3:0
    İlk oyun - 2:1.
    "Qarabağ" - "Sabah" - 3:4
    İlk oyun - 7:1.
    Yarımfinalda qarşılaşacaqlar
    "Zirə" / "Qəbələ" - "Araz-Naxçıvan" cütünün qalibi
    "Neftçi" - "Sumqayıt" cütünün qalibi / "Qarabağ".

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ