Sizin reklam burada
Sizin reklam burada
  • "Qəbələ" "Araz-Naxçıvan"la, "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək

    Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
    Trend xəbər verir ki, növbəti oyun günündə iki görüş keçiriləcək.
    Əvvəlcə "Araz-Naxçıvan" "Qəbələ"ni qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq. Günün digər matçında isə "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. Görüş saat 19:00-da başlayacaq.
    Qeyd edək ki, 1/4 finalın cavab matçları 8-9 fevral tarixlərində oynanılacaq.
    31 yanvar (çərşənbə)
    16:00. “Araz-Naxçıvan” – “Qəbələ”
    Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov
    “Dalğa Arena”
    19:00. “Sumqayıt” – “Neftçi”
    Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
    “Kapital Bank Arena”

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ