Sizin reklam burada
Sizin reklam burada
  • "Neftçi" - "Qarabağ" oyununda mövsümün azarkeş rekordu qeydə alındı

    Atributinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.
    Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verilir ki, bu, IX turun “Neftçi” – “Qarabağ” matçına təsadüf edib.
    “Neftçi Arena”da keçirilən Azərbaycan derbisini 5400 azarkeş izləyib. Buna qədər rekord IX turun “Turan Tovuz” – “Neftçi” oyununa (0:1) məxsus idi. Həmin qarşılaşmada 5000 tamaşaçı olub.
    Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşündə qonaqlar 2 cavabsız qolla qalib gəliblər.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ