
Qurumun saytına istinadən xəbər verilir ki, 25 yaşlı yarımmüdafiəçinin 2 oyunluq cəzasının çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilib.
Oyunçuya şərti cəzanın çəkilməsinə görə 3 ay sınaq müddəti təyin edilib. Futbolçu bu müddət ərzində törədilən qayda pozuntusuna görə əlavə 1 oyunluq cəza alacaq. “Zirə”nin 1500 manat məbləğində cərimələnməsi qüvvədə saxlanılıb.
/atributinfo.az/