Sizin reklam burada
Sizin reklam burada
  • "Qarabağ" "Sumqayıt"a qarşı - Premyer Liqa

    Atributinfo.az xəbər verir ki, bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.
    Açılış oyununda "Qarabağ" evdə "Sumqayıt"la üz-üzə gələcək.
    "Azersun Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.
    Ağdam klubu 13 xalla üçüncü, "gənclik şəhəri" təmsilçisi 8 xalla yeddinci pillədə qərarlaşıb.
    Azərbaycan Premyer Liqası
    VIII tur
    20:00. “Qarabağ” – “Sumqayıt”
    Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov
    Hakim-inspektor: Ramil Diniyev
    AFFA nümayəndəsi: Zümrüd Ağayeva
    “Azersun Arena”
    Qeyd edək ki, turun digər matçları 30 oktyabr və 1 noyabrda keçiriləcək.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ