Sizin reklam burada
Sizin reklam burada
  • “Qarabağ” – “Molde” oyununun hakimləri açıqlandı

    Atributinfo.az xəbər verir ki, Bakıda "Qarabağ" və Norveç "Molde"si arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyununun təyinatları bəlli olub.
    Qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
    FIFA referisi Con Bitona Daniel Makfarlan və Duqlas Potter laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Metyu Makdermid yerinə yetirəcək.
    VAR-da Nikolas Valş, AVAR-da isə Steven Makleyn yer alacaq.
    Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüş saat 20:45-də başlayacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ