Sizin reklam burada
Sizin reklam burada
  • Şahruddin Məhəmmədəliyev “Qarabağ”dan gedir

    Atributinfo.az xəbər verir ki, Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək.
    Bu barədə “TRT Spor” telekanalı məlumat yayıb.
    Bildirilib ki, 29 yaşlı qapıçı Superliqada çıxış edən “Adana Demirspor” klubu ilə anlaşıb.
    Təcrübəli oyunçu tezliklə Adana təmsilçisi ilə 2+1 illik müqaviləyə imza atacaq.
    Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycanda “Şahdağ” və “Sumqayıt” komandalarının da formasını geyinib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ