Atributinfo.az xəbər verir ki, tanınmış Azərbaycan cüdoçusu Rüstəm Orucov idmanla vidalaşdığını elan edib. Bu barədə sosial mediada məlumat yayılıb. Qeyd edək ki, R.Orucov öz karyerası ərzində Olimpiya oyunları və dünya birinciliyi gümüş medallarını əldə edib, Avropa çempionluğuna nail olub.