Sizin reklam burada
Sizin reklam burada
  • “Qarabağ”ın Konfrans Liqasında mümkün rəqibləri müəyyənləşdi

    Atributinfo.az xəbər verir ki, “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
    Azərbaycan çempionunun UEFA Avropa Liqasında HİK-lə (Finlandiya) təşkil etdiyi cütün məğlubu mübarizəni üçüncü dərəcəli turnirdə davam etdirəcək.
    Bu cütün potensial rəqiblərindən ikisi Avropa Liqasında III raundun məğlubu, üçü isə Konfrans Liqasında III təsnifat mərhələsinin qalibi olacaq.
    “Qarabağ” – HİK cütünün Konfrans Liqasında mümkün rəqibləri:
    “Valmiera” (Litva) - “Partizani” (Albaniya) cütünün qalibi.
    “Farul” (Rumıniya) - “Flora” (Estoniya) cütünün qalibi.
    “Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq) cütünün qalibi.
    Avropa Liqasında “Zrinski” (Bosniya və Herseqovina) - “Breydablik” (İslandiya) cütünün məğlubu.
    Avropa Liqasında “Astana” (Qazaxıstan) - “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu.
    Qeyd edək ki, bu gün keçiriləcək Konfrans Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ