Sizin reklam burada
Sizin reklam burada
  • “Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

    Atributinfo.az xəbər verir ki, Avqustun 2-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Polşanın “Rakuv” komandası ilə cavab oyununu keçirib.
    Oyun 1:1 hesabı ilə başa çatıb.
    Qonaq komandanın heyətində qolu 52-ci dəqiqəsində Fran Tudor vurub. Görüşün 60-cı dəqiqəsində Ağdam komandasının heyətində Redon Cica fərqlənib.
    Komandalar arasında Polşada keçirilən ilk qarşılaşmada “Rakuv” 3:2 hesablı qələbə qazandığından iki oyunun nəticəsinə görə qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib. “Qarabağ” isə mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ