Sizin reklam burada
Sizin reklam burada
  • “Neftçi” və “Sabah”ın Bakıda keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb

    Atributinfo.az xəbər verir ki, “Neftçi” və “Sabah” klublarının UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində avqustun 3-də Bakıda keçirəcəkləri oyunların hakim təyinatları bəlli olub.
    Neftçi komandasının oyununu Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
    FIFA referisi Balaj Berkeyə həmyerliləri Balaj Buzaş və Balaj Sert laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Bentse Çonka yerinə yetirəcək.
    Bakının digər klubu "Sabah"ın qarşılaşmasını isə isveçrəli Fedayi San idarə edəcək. Yonas Enri və Yan Kebeli yan xətt hakimləri, Sandro Şerer dördüncü hakim olacaqlar.
    Qeyd edək ki, “Neftçi” bu raundda “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün (ilk oyun 2:2) qalibi ilə üz-üzə gələcək. “Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) - RFŞ (Latviya) duelinin (ilk oyun - 0:1) güclüsü ilə qarşılaşacaq. Hər iki komandanın ilk görüşü səfərdə olacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ