Atributinfo.az xəbər verir ki, Azərbaycanlı atlet Ramil Quliyev növbəti dəfə Türkiyə çempionu olub. “Fənərbağça” klubuna məxsus idmançı 200 metr məsafəyə qaçışda birinci yeri tutub. Qeyd edək ki, R.Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.