Sizin reklam burada
Sizin reklam burada
  • Maks Ferstappen Formula 1 üzrə Böyük Britaniya Qran-Prisinin qalibi olub

    Atributinfo.az xəbər verir ki, Formula 1 çempionatının 2023-cü il mövsümünün onuncu mərhələsi - Böyük Britaniya Qran-Prisinin qalibi məlum olub.
    “Silverstoun” avtodromunda keçirilən yarışda “Red Bull” komandasından olan niderlandlı pilot Maks Ferstappen qalib gəlib.
    İkinci yeri “McLaren”dən britaniyalı Lando Norris tutub. İlk üçlüyü “Mercedes”i təmsil edən həmyerlisi Luis Hamilton qapayıb.
    Ferstappen ardıcıl altıncı Qran-Prisini qazanıb. Əvvəllər pilot Amerikanın Mayami, Monako, İspaniya, Kanada və Avstriyada mərhələlərin qalibi olub.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ