Sizin reklam burada
Sizin reklam burada
  • Gənc azərbaycanlı gimnastlar beynəlxalq turnirdə uğurlu çıxış ediblər

    "Ocaq Sport" klubunun və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirmələri bədii gimnastika üzrə Latviyanın Kekava şəhərində keçirilən "Fairy Dust" beynəlxalq turnirində uğurlu çıxış ediblər.
    Atributinfo.az xəbər verir ki, "Ocaq Sport" klubunun təmsilçiləri arasında Maya Kozaçuk çoxnövçülük, topla və gürzlə hərəkətlər üzrə gümüş medallar; Röya Əlikişiyeva gürzlə proqramda qızıl medal və çoxnövçülük üzrə gümüş medal; Mehin Hüseynova topla kompozisiyaya görə bürünc medal; Nigar Əhmədzadə gürzlə hərəkətlər üzrə gümüş medal, İnci İslamova isə topla hərəkət proqramına görə qızıl medal qazanıb.
    İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsi Fəxriyə Əliyeva gürzlə hərəkətlər proqramında birinci yer tutub.
    Bədii gimnastika üzrə yarışlar 9-11 iyun tarixlərində keçirilib.

    /atributinfo.az/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ