Atributinfo.az xəbər verir ki, Praqada keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.
Said Benrahma 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək İngiltərə klubunun qapısına yol tapıb. 67-ci dəqiqədə "Fiorentina" Cakomo Bonaventuranın qolu sayəsində hesabı bərabərləşdirə bilib.
Həlledici an oyunun son dəqiqələrində baş tutub. "Vest Hem"in futbolçusu Carrod Bouen fərqlənərək komandasına qələbə qazandırdı.
/atributinfo.az/
