Kriştiano Ronaldo milli komanda oyunçuları arasında rekorda imza atıb
İdman
24-03-2023, 11:38
208
“Əl-Nasr” futbol klubunun hücumçusu Kriştiano Ronaldo milli komandalar səviyyəsində oyunların sayına görə mütləq rekordçu olub. Bu gün o, Avro-2024-ün seçmə mərhələsində Lixtenşteynlə oyuna Portuqaliyanında start heyətində çıxıb. Bu, onun millidə 197-ci oyunudur. Beləliklə, K.Ronaldo küveytli hücumçu Bader əl-Mutavanın nailiyyətini (196 oyun) üstələyib.