Sizin reklam burada
Sizin reklam burada
  • Messi dünya çempionatından sonra PSJ-nin heyətində ilk matçda qol vurub

    Pari Sen-Jermen” futbol klubu yanvarın 12-nə keçən gecə Fransa çempionatında “Anje” komandası ilə qarşılaşıb.
    Görüş Kristof Qaltyenin yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
    Qarşılaşmanın 5-ci dəqiqəsində hücumçu Uqo Ekitike hesabı açıb. İkinci hissənin ortalarında Fransanın hazırkı çempionu üstünlüyü artırıb. Qolu Lionel Messi vurub.
    Qeyd edək ki, argentinalı futbolçu üçün bu qarşılaşma dünya çempionatından sonra komandanın heyətində ilk matç olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ