"Mançester Yunayted" İngiltərə Liqa Kubokunda yarımfinala yüksəlib
İdman
11-01-2023, 10:03
253
Bu gün İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Mançester Yunayted" öz meydanında "Çarlton" klubunu qəbul edib. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Markus Reşford (dubl) və Antoni vurublar. Beləliklə, "Mançester Yunayted" İngiltərə Liqa Kubokunun yarımfinalına yüksəlib.